Zelenski: Rusiyanın zərbələri Odessada enerji təminatına ciddi ziyan vurub
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Odessa vilayətinə endirdiyi zərbələr nəticəsində enerji infrastrukturunda ciddi problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Odessa şəhəri və vilayətində enerji infrastrukturuna endirilən zərbədən sonra elektrik enerjisinin bərpası üçün təmir işləri davam etdirilir. Hücumlar nəticəsində yaşayış evlərinə və limana da ziyan dəyib. İlkin məlumata görə, azı 8 nəfər xəsarət alıb.
Zelenski Xarkovda da dron hücumu nəticəsində çoxmərtəbəli yaşayış binasının qismən dağıldığını bildirib. Onun sözlərinə görə, hadisə zamanı onlarla insan yaralanıb, 2 nəfər həyatını itirib.
Prezident həmçinin ticarət mərkəzinin yaxınlığına və Pavloqradın enerji infrastrukturuna zərbələr endirildiyini, nəticədə 9 nəfərin xəsarət aldığını qeyd edib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin hücumları Jitomir, Nikolayev, Kiyev, Xerson, Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərini də əhatə edib.
Zelenski Rusiyanın ballistik silahlardan istifadəsini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, yalnız bu həftə ərzində Ukraynaya qarşı 61 raket, o cümlədən 56 ballistik raket, 1 560-dan çox dron və 1 540 aviabomba tətbiq edilib.
Oxşar xəbərlər
Co Baydenin xərçəng xəstəliyi yayılıb – Oğlu açıqladı
ABŞ-nin sabiq prezidenti Co Baydenin xərçəng xəstəliyinin yayıldığı açıqlanıb. BAKU.WS xəbər verir ki, Baydenin oğlu Hanter Bayden BBC-yə müsahibəsində atasının...