Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır
 
                            Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu V.Zelenski mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır.
"Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır. Üstəlik, bu, onun təşəbbüsü idi", - Ukrayna lideri qeyd edib.
O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib, "çünki Kiyev müharibənin başa çatması üçün bütün yolları dəstəkləyir". Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq".
Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq".
Oxşar xəbərlər
Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını təhvil vermələrini tələb edib. BAKU.WS Oxu.Az-a istinadən xəb...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    