Zədələnmiş ABŞ hərbi təyyarəsi Britaniyada qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 Stratotanker Böyük Britaniyadakı Mildenhall aviabazası ərazisinə eniş edib.
BAKU.WS xəbər verir ki, məlumata görə, təyyarənin gövdəsində qəlpə izləri və zədələnmiş hissələrə qoyulmuş yamaqlar müşahidə olunub. Bildirilir ki, bu hava gəmisi ABŞ-ın Ohayo ştatı Milli Qvardiyasının tərkibinə daxildir.
İddialara əsasən, təyyarə mart ayında Prince Sultan aviabazası istiqamətində həyata keçirilən hücum zamanı zərər görüb.
Xatırladaq ki, həmin hücum zamanı ABŞ-a məxsus Boeing E-3 Sentry tipli iki kəşfiyyat təyyarəsinin sıradan çıxdığı və bir neçə hərbçinin yaralandığı bildirilmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...