Yutubun 2 milyard istifadəçisi bu mərasimi ödəniş etmədən izləyə biləcək

Yutubun 2 milyard istifadəçisi bu mərasimi ödəniş etmədən izləyə biləcək
Dünya 34

Yutub film sektorunun ən prestijli mükafatı olan "Oskar"ın təqdimetmə mərasiminin yayım hüququnu alıb.

BAKU.WS xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Qeyd edilib ki, 2029-2033-cü illərdə keçiriləcək mərasim "Google"ın sahibi olduğu video platforması Yutubda canlı yayımlanacaq.

Bununla da Yutubun 2 milyard istifadəçisi Hollivudun mötəbər mərasiminin pul ödəmədən izləyə biləcək.

ABŞ-dəki tamaşaçılar isə bunu izləyə bilmək üçün mütləq "Yutub TV"yə abunə olmalıdırlar.

Müqaviləyə əsasən, videolar yutubda bir neçə dildə altyazı ilə təqdim ediləcək. Bununla da, bu mərasim demək olar ki, dünyanın hər yerində izləniləcək.

Xatırladaq ki, "Oskar"ın təqdimetmə mərasimi 1970-ci ildən indiyə qədər Amerikanın "ABC" telekanlında yayımlanır.

2028-ci ildə isə "Oskar"ın 100-cü təqdimat mərasimi sonuncu dəfə "ABC" kanalında nümayiş olunacaq.

Gələn il bu mötəbər mərasim martın 15-də keçiriləcək.

Son xəbərlər