Yunanıstanda 4 günlük matəm elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanda keçmiş Baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük matəm elan edilib.
BAKU.WS xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-in məlumatına görə, 88 yaşında dünyasını dəyişən Simitisin dəfn mərasiminin xərcləri dövlət büdcəsindən ödəniləcək.
Mərasim 9 yanvar tarixində yerli vaxtla saat 12:00-da "baş nazirlik vəzifəsində olarkən dünyasını dəyişən şəxs üçün tətbiq edilən protokol" çərçivəsində keçiriləcək.
Milli matəm elan edilməsi ilə əlaqədar 4 gün ərzində bütün dövlət qurumlarında bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, bu gün səhər təcili yardımla Korinf Xəstəxanasına aparılan Simitisin xəstəxanaya çatdıqda həyatını itirdiyi müəyyən edilib.
1936-cı il təvəllüdlü Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olmuş PASOK partiyasının qurucularından biri idi. O, PASOK hakimiyyəti dövründə bir neçə dəfə nazir postunu tutmuş, 1996-2004-cü illərdə həm partiya lideri, həm də Baş nazir vəzifələrində çalışmışdı.
Hüquq və iqtisadiyyat üzrə təhsil almış Simitis bir çox universitetdə dərs demişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...