"Yeşilçam"ın 78 yaşlı aktrisası vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Yeşilçam"ın tanınmış aktrisası Nevin Efe vəfat edib.
BAKU.WS xəbər verir ki, 78 yaşlı sənətçi xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli keçirdiyi kəskin narahatlıq səbəbindən vəfat edib.
O, müalicə aldığı İstanbulun Taksim ərazisində İlk Yardım Xəstəxanasında səhər saat 11:00 radələrində dünyasını dəyişib.
Bu barədə aktrisanın meneceri Ayça Irqan sosial şəbəkə hesabında məlumat yayıb.
Son olaraq "Yankı" serialında rol alan usta aktrisanın vəfatı sənət camiəsində və sevənləri arasında dərin hüzn yaradıb.
Nevin Efe uzun illər ərzində kino və televiziya sahəsində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...