Yer kürəsində bütün bəşəriyyət üçün ən dağıdıcı il açıqlanıb
Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparılan təhlil eramızın 536-cı ili bəşər tarixində ən çətin dövr olduğunu göstərib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bütün Avropa və Asiyanın bəzi hissələri il yarım qaranlığa qərq olub və bu, temperaturun az qala 2,5 dərəcə aşağı düşməsinə səbəb olub.
Günəş işığı o qədər zəif olub ki, təbiətə və insan həyatına dağıdıcı təsir göstərib.
Həmin il son iki minilliyin ən soyuq ili kimi tanınıb. Nəticədə genişmiqyaslı təbii fəlakətlər, aclıq və xəstəliklərin yayılması başlanıb. İqlim dəyişikliyinə dair əlavə dəlilləri Roma İmperiyasının şərq hissəsini ağuşuna alan vəbaların və qida çatışmazlığının qeydlərində tapmaq olar.
539-cu ildə İslandiyada güclü vulkan püskürmələri baş verib ki, bu da 540 və 547-ci illərdə qeydə alınmış atmosferdə kül səviyyəsinin artmasına səbəb oub. Tədqiqatçılar qeyd edirlər ki, bu hadisələrdən sonra çoxsaylı insan tələfatı ilə dağıdıcı zəlzələlər, eləcə də daşqınlar və epidemiyaların alovlanması böhranı daha da pisləşdirib.
Oxşar xəbərlər
Çinin vakuum qatarından yeni rekord - 2 saniyəyə 700 km/saat sürət yığıacaq
Çində alimlər maqnit dartısı ilə hərəkət edən vaqon-platformanı cəmi iki saniyə ərzində 700 km/saat sürətinə çatdırıblar. BAKU.WS xəbər verir ki, bu barədə Çini...