Yeni yarasa koronavirusu tapıldı - Alimlər ehtiyatlı olmağa çağırır
Rusiyanın Rospotrebnadzor qurumu Braziliyada yarasalarda aşkarlanan yeni koronavirus infeksiyası ilə bağlı vəziyyəti diqqətlə izləyir.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Mütəxəssislərin sözlərinə görə, Braziliya alimləri kiçik ölçülü, həşəratla qidalanan yarasalarda yeni virus növü müəyyən ediblər. O, BRZ batCoV adlandırılıb. Hazırda bu virusun insanlar üçün təhlükəli olduğuna dair sübut yoxdur.
Bununla belə, tədqiqatçılar qeyd ediblər ki, BRZ batCoV virusunun tikanabənzər zülal strukturunda (spayk zülalında) qısa bir fraqment aşkar olunub. Bu hissə insan və heyvan hüceyrələrində olan fermentlər tərəfindən parçalanma potensialına malikdir.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyət virusun hüceyrələrə daxil olmasını asanlaşdıra bilər.
"Rospotrebnadzorun aparıcı elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri BRZ batCoV virusunu aktiv şəkildə öyrənirlər. Hazırda virusun heyvanlardan insana keçmə riski aşağı olaraq qalır," – məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Ukrayna Moskvaya kütləvi PUA hücumu etdi: Neft emalı zavodunda yanğın baş verdi
Ukrayna Rusiya paytaxtı Moskva istiqamətində genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Serg...