Yeni Roma Papası kim ola bilər?

Roma Papası Fransisk vəfat edib. Bəs yeni Papa kim olacaq?
BAKU.WS xəbər verir ki, yeni papa seçilməsi üçün Vatikan Konklav adlanan xüsusi toplantı keçirəcək. Kardinallar toplanaraq gizli səsvermə yolu ilə yeni papa seçirlər.
Yeni papa ilə bağlı adlar indidən ehtimal kimi müzakirə olunur. Ən çox adı hallanan şəxslər arasında bunlar ola bilər:
-
Kardinal Pietro Parolin – Vatikanın hazırkı dövlət katibidir və diplomatik təcrübəsi çox zəngindir.
-
Kardinal Luis Antonio Tagle – Filippinli kardinaldır, hazırda Vatikanın İncilin Yayılması üzrə təşkilatına rəhbərlik edir. Gənc və xalqa yaxın üslubu ilə seçilir.
-
Kardinal Matteo Zuppi – İtaliyada Bolonya arxiyepiskopudur, sosial ədalət və sülh mövzularında aktivdir.
-
Kardinal Peter Turkson – Qanadan olan kardinal, Afrikadan ilk papa ola biləcəyi yönündə ehtimallar var.
Oxşar xəbərlər
Avropa liderləri Putinlə telefon danışığından sonra Trampa zəng edirlər
Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbətindən sonra ABŞ prezidenti Donald Trampla telef...
