YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir
Yeniliklərdən dərhal xəbərdar olun
Aparılan son araşdırmalar nəticəsində Marsın (Qırmızı planetin) cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın şimal bölgəsinə nisbətən 200-400 dərəcə daha isti olduğu müəyyən edilib.
BAKU.WS xəbər verir ki, "Nature" jurnalında dərc olunan bu elmi sensasiya Marsın dərinliklərində nəhəng istilik qeyri-bərabərliyinin (termal asimmetriya) olduğunu göstərib.
Tədqiqatçılar bunu Marsın daxili quruluşunu öyrənmək üçün illərdir planetin orbitində fəaliyyət göstərən "Mars Global Surveyor", "Mars Odyssey" və "Mars Reconnaissance Orbiter" aparatlarının topladığı məlumatlar əsasənda müəyyən ediblər.
Kosmik gəmilərin sürətindəki kiçik dəyişikliklər əsasında planetin cazibə sahəsinin dəqiq xəritəsi tərtib olunub.
Daha sonra "qabarma-çəkilmə tomoqrafiyası" üsulu ilə Marsın Günəşin cazibə qüvvəsinə verdiyi mövsümi reaksiyalar araşdırılıb.
Analizlər göstərib ki, planet mantiyasının mexaniki bərkliyi şimal və cənub yarımkürələri arasında 20 faizdən çox fərqlənir.
Cənubdakı süxurların daha yumşaq olması məhz həmin zonanın xeyli isti olmasına işarə edir.
Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri hətta cənub mantiyasının bəzi hissələrinin yarımərimiş vəziyyətdə ola biləcəyini istisna etmirlər.
Tədqiqata Arizona Universitetindən olan alim Aleksandr Bern rəhbərlik edib.
Bu mühüm kəşf eyni zamanda Marsın cənubunda müşahidə olunan güclü maqnit anomaliyalarını və NASA-nın "InSight" aparatının bölgədə qeydə aldığı qəribə seysmik aktivlikləri izah etməyə imkan verəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...