Yelisey sarayı Parisdə "qərarlılar koalisiyası"nın iclasının keçiriləcəyini təsdiqləyib
Parisdə sentyabrın 4-də Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin sədrliyi ilə "qərarlılar koalisiya"nın hibrid formatda görüşü keçiriləcək.
BAKU.WS "Report"a xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi bildirilir.
Yelisey sarayından qeyd edilib ki, dövlət və hökumət başçıları Ukrayna üçün son həftələrdə həyata keçirilən təhlükəsizlik təminatları üzrə işləri müzakirə edəcək və sülhdən inadla imtina edən Rusiyanın mövqeyindən çıxarılmalı olan nəticələri ümumiləşdirəcəklər.
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron baş qərargah rəisləri səviyyəsində mühüm hazırlıq işlərindən sonra hər bir ölkənin Ukrayna üçün potensial təhlükəsizlik təminatlarına töhfələrinin ilkin olaraq müəyyən edildiyini və bu qərarları müzakirə etmək üçün "qərarlılar koalisiyası"nın liderlər səviyyəsində görüşəcəyini bildirmişdi.
Bəzi iştirakçılar Parisdə şəxsən iştirak edəcək, digərləri isə onlayn qaydada görüşə qatılacaqlar.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...