Yaponiyada güclü qar - Əhaliyə evdən çıxmamaq tövsiyyə edildi

Yaponiyanın Hokkaydo adasına rekord həcmdə qar yağıb.
BAKU.WS verir ki, sutka ərzində ada ərazisində 120 santimetrdən çox qar örtüyü yaranıb.
Yerli hakimiyyət ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edib. Hava şəraiti aviasiya əlaqəsini də pozub – ən azı üç hava limanı bütün daxili reysləri ləğv edib.
Yolların buz bağlaması avtomobil yollarında uzun tıxaclara səbəb olub. Məktəblər bağlanıb, hökumət sakinlərə mümkün qədər evdə qalmağı tövsiyə edib.
Bütün fövqəladə xidmətlər qarın yaratdığı fəsadları aradan qaldırmağa səfərbər olunub. Bununla yanaşı, hava proqnozlarına görə, yağıntının yaxın vaxtlarda dayanacağı gözlənilmir.
🚨🚨🚨#BREAKING #JAPAN 🇯🇵
— SIMPLY_ME😎 (@TOUNESBELALB) February 4, 2025
Scenes of record amounts of snow falling in Japan's Hokkaido Prefecture pic.twitter.com/iU72Q9ybD4


Oxşar xəbərlər
Noyabrın 1-dən Ermənistan sərhəd möhüründə Ağrıdağın təsviri olmayacaq
Noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq. BAKU.WS bu barədə Ermənistan KİV-nə istinadən xəbər ve...
