Yaponiyada 7,1 bal gücündə zəlzələ: Ölənlərin sayı 35-ə çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib.
BAKU.WS NHK telekanalına istinadən xəbər verir ki, dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Yaralı vəziyyətdə xilas edilən 6 nəfərin durumu ağır olaraq qalır.
Zəlzələ nəticəsində 80 min ev təsərrüfatına su, 4 500 evə isə elektrik verilə bilmir. Hazırda 9 mindən çox sakin müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ yanğınlara, yolların və körpülərin dağılmasına səbəb olub. Hazırda bölgədə bərpa və xilasetmə işləri davam etdirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...