Takaiti Yaponiya tarixində ilk qadın Baş nazir olub

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.
***08:33
Yaponiyanın siyasət tarixində ilk dəfə qadın baş nazir vəzifəsinə gələcək.
BAKU.WS xəbər verir ki, ölkə parlamentinin aşağı palatası oktyabrın 21-də keçiriləcək növbədənkənar sessiyada yeni hökumət başçısının seçilməsi üçün səsvermə aparacaq.
Gözlənilir ki, səsvermə nəticəsində hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiti baş nazir postuna seçiləcək. Bu qərar Yaponiyanın siyasi tarixində ilk dəfə qadının hökumətə rəhbərlik etməsi kimi yadda qalacaq.
Sessiyanın səhər saatlarında, səsvermədən bir neçə saat öncə, hazırkı baş nazir Şigeru İşiba və onun kabineti istefa verəcək.
Qeyd edək ki, İşiba 386 gün ərzində Yaponiyanın baş naziri vəzifəsini icra edib.
Oxşar xəbərlər
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...
