"Ya hamısı, ya da heç kim!" - İran ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran, əgər Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf bildirib.
"Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür", – deyə o, bildirib.
Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: "Ya hamısı, ya heç kim!".
Oxşar xəbərlər
Antalyada güclü leysan yağışları selə səbəb oldu
Antalyada güclü leysan yağışları nəticəsində sel yaranıb. BAKU.WS xəbər verir ki, xüsusilə Demre rayonunda təsirini artıran sərt hava şəraiti əhaliyə və təsərr...