Xerson yenidən atəşə tutuldu: Ölən və yaralananlar var

Xerson yenidən atəşə tutuldu: Ölən və yaralananlar var
Dünya 8

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın Xerson vilayətində yerləşən onlarla yaşayış məntəqəsinə hava, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar nəticəsində iki nəfər həyatını itirib, daha 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, zərbələr yaşayış məhəllələri ilə yanaşı, sosial və kritik infrastruktur obyektlərini də hədəf alıb. Nəticədə qaz kəmərləri, yanacaqdoldurma məntəqəsi, kilsə, mağazalar, 18 çoxmənzilli bina, 17 fərdi yaşayış evi, təsərrüfat tikililəri, qarajlar və avtomobillərə ziyan dəyib.

Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun sözlərinə görə, Xerson şəhəri ilə yanaşı Kamışan, Antonivka, Priozerne və Zımovnik yaşayış məntəqələri də hücumlara məruz qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər