Xərçəngdən əziyyət çəkən müğənni keçirdiyi əməliyyatdan danışdı
08
iyl
2025
15:05
Bir müddətdir xərçənglə mübarizə aparan məşhur müğənni Cessi Ceydən xəbər var.
BAKU.WS xəbər verir ki, 37 yaşlı sənətçi süd vəzi xərçəngindən əməliyyat olunub. O bu barədə ilk dəfə danışıb.
"Və budur nəticə bəlli oldu. Xərçəng bədənimə yayılmayıb. Bu sevinc göz yaşlarım həqiqətdir. Dualar və gözəl diləklər üçün təşəkkürlər. Lakin hələ sağalmaq üçün çoxlu zamana ehtiyacım var".
Xatırladaq ki, Cessi Ceyin 2019-cu ildə "Formula-1" Qran-Prisi çərçivəsində Bakıda solo konserti baş tutub. O Azərbaycana 32 nəfərlik heyətlə gəlmişdi.
Qalereya
Oxşar xəbərlər
ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib
ABŞ İtaliyanın "Autistici/Inventati" (A/I Collective) qrupuna və ultra solçu terrorizmin transmilli şəbəkələri ilə əlaqəli digər təşkilatlara qarşı sanksiyalar...