Xərçəng xəstəliyinə tutulan Selcan saçlarını qırxdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni Selcan Asyalı süd vəzi xərçənginə tutulub.
BAKU.WS xəbər verir ki, o kimyaterapiya qəbul etdiyi üçün saçlarını kəsdirmək məcburiyyətində qalıb.
Selcanın saçlarını öz qardaşı kəsib.
Bu barədə ifaçı sosial şəbəkədə paylaşdığı videoda bildirib.
Selcan pərəstişkarlarının da dəstəyi ilə bu xəstəliyə qalib gələcəyini vurğulayıb:
"Bu gün qardaşımın köməyi ilə saçlarımı kəsdim. Tökülməsini gözləyə bilmədim. Evin hər hansı bir yerində yaxud da yatağımda topa-topa saç görməyi qəbul edə bilməyəcəyimi düşündüm..
Mən güclü olacağımı zənn edirdim, amma doğrudu buna cəsarət edə bilmədim. Sonra saçlarımı belə kəsdik, sizin də dəstəyinizlə bu ağır müddəti keçirmək mənim üçün daha asan olacaq".
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...