Voronejə raket hücumu iddiası: hava həyəcanı elan edilib
Rusiyanın Voronej şəhərinə Ukrayna Silahlı Qüvvələri tərəfindən raket zərbəsi endirildiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, Voronej vilayəti ərazisində raket təhlükəsi elan edilib, şəhərdə sirenlər səsləndirilib və əhali sığınacaqlara yönləndirilib.
Şahidlərdən biri hücum anını təsvir edərək bildirib ki, havada aşağı hündürlükdə hərəkət edən və raketə bənzəyən bir neçə obyekt müşahidə olunub:
"Çox güclü səs eşitdim, pəncərədən baxanda çox aşağıdan uçan, raketə bənzər şeylər gördüm, üç və ya dörd ədəd idi," – deyə sakin qeyd edib.
Vilayət rəhbəri Aleksandr Qusev insanlara pəncərəsiz və möhkəm divarlı otaqlarda qalmaq çağırışı edib.
Eyni zamanda, Tula vilayətinin Şekino şəhərində Şekino çoxmənzilli binaya dron zərbəsi endirildiyi və sakinlərin təxliyə olunduğu da bildirilib.
Oxşar xəbərlər
İngiltərədə anomal istilərlə bağlı qırmızı xəbərdarlıq edilib
İngiltərədə bu həftə gözlənilən ekstremal isti hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub. BAKU.WS xəbər verir ki, Met Office London da daxil olm...