Vilnüsdə qəzaya uğrayan DHL təyyarəsinin qara qutusu tapılıb
26
noy
2024
16:38
Ötən gün Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayan DHL yük təyyarəsinin qara qutusunu aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Litvanın Ədliyyə Nazirliyi məlumat yayıb. "Təyyarənin qalıqlarının sökülməsi zamanı qara qutu aşkar edilib", - məlumatda deyilir.
Qəzaya uğrayan Boeing 737 İspaniyanın "Swift Air" şirkətinə məxsus olub və DHL bağlamalarının daşınması üçün istifadə edilib.
Oxşar xəbərlər
İran raketlərinin modernləşdirildiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin raket proqramı çərçivəsində iki mühüm raket sisteminin yenilənməsini elan edib. BAKU.WS "Mehr" agentliyinə istin...