Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ü keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3535-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının prezidenti Xorxe Rodrigez "X" sosial şəbəkəsində bildirib.
Qeyd edilib ki, hadisə nəticəsində 16.740 nəfər yaralanıb, 17.854 nəfər isə evini itirib.
Ümumilikdə 190 bina yerlə bir edilib, 856-sı ciddi ziyan görüb. 25016 sakin xəstəxanalarda müalicəsini başa vurub.
86794 zərər çəkmiş ailəyə yardım göstərilib. Onlara 9603 ton ərzaq paylanıb.
Xatırladaq ki, zəlzələ 24 iyun gecəsi Venesuelada baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki silsilə təkanlar qeydə alınıb. Onların episentrləri Venesuelanın Yaracuy əyalətində bir-birindən 10 kilometr aralıda yerləşib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...