Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb
Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ilkin məlumata görə, azı 32 nəfər olub.
BAKU.WS report-a istinadən xəbər verir ki bunu respublikanın səlahiyyətli prezidenti Delsi Rodriqez bildirib.
Onun sözlərinə görə, bu təbii fəlakət nəticəsində 700 nəfər zərər çəkib.
Paytaxt Karakasın Çakao bələdiyyəsinin meri Qustavo Dukev isə deyib ki, binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb.
Xatırladaq ki, Bakı vaxtı ilə cümə axşamı gecəsi Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) sonradan 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.
*** 08:55
Venesuelada 7 maqnitudalı zəlzələ paytaxtda, bir neçə ştatda dağıntılara və tələfatlara səbəb olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, daxili işlər naziri Diosdado Kabello bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.
"Təəssüflə bildirirəm ki, 7 maqnitudalı zəlzələ Araqua, Karabobo, Miranda, Truxilyo və Yarakuy, eləcə də La-Quayra ştatında və Karakasda hiss olunub, çünki zəlzələ güclü olub", - daxili işlər naziri deyib.
Karakasdakı Altamira və Palos Grandes seysmik cəhətdən aktiv ərazilərində yaşayış binaları da daxil olmaqla bir neçə bina uçub və insan itkiləri ilə nəticələnib. Kabelyo əlavə edib ki, paytaxtın digər ərazilərində də dağıntılar olub və ölüm halları qeydə alınıb.
Nazir bildirib ki, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis bölmələri və mülki müdafiə könüllüləri zədələnmiş binaları təmizləyir və zərərçəkənlərə yardım göstərirlər. O, vətəndaşları zədələnmiş binaları tərk etməyə, yaralılara kömək göstərməyə və nəqliyyata mane olmamağa çağırıb.
Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
Qalereya
Oxşar xəbərlər
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
Böyük Britaniyada meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Su...