Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb

Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb
Dünya 2

Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat yayıb.

Qeyd olunub ki, iki ölkənin ABŞ-dəki səfirləri Yexiel Layter və Nada Həmmadə-Müavvəd görüşü qurum rəhbəri Mark Rubionun iştirakı ilə Dövlət Departamentində keçirilib.

Qeyd edək ki, bu, son 40 ildə Livan və İsrail arasında ilk birbaşa danışıqlardır.

"Əla müzakirələr olub, biz dəqiq sərhədin müəyyənləşdirilməsi zərurətini müzakirə etdik. Biz Livanı "Hizbullah"dan azad etmək istəyində həmrəyik", - Leyter görüşün yekunlarına dair bildirib.

O əlavə edib ki, tərəflər uzunmüddətli perspektivdə Livanın firavanlığının təmin edilməsi və biznes məqsədilə iki ölkənin sərhədlərini maneəsiz keçmək zərurəti barədə danışıblar.

Xatırladaq ki, İsrail Livanın "Hizbullah" hərəkatının tam tərksilah edilməsində və sülh razılaşmasında təkid etdiyi halda, qruplaşmanın özü danışıqlara qarşı çıxaraq onları mənasız adlandırıb.

***19:25

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.

Rubio danışıqlar başlamazdan əvvəl bildirib ki, görüş ölkələr arasındakı münaqişənin həlli üçün tarixi fürsətdir.

Rubionun sözlərinə görə, qapalı qapılar arxasında keçiriləcək danışıqlar təxminən altı saat davam edəcək, bu da bütün çətinlikləri həll etmək üçün kifayət deyil.

"Lakin tərəflər irəlilədikcə bir çərçivə əsası formalaşdırmaq mümkün olacaq", - o əlavə edib.

Son xəbərlər