Vaşinqton Moskvaya yeni sanksiyalar tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ terrorizmlə mübarizə çərçivəsində Rusiyadan olan üç fiziki şəxsi, üç şirkəti və bir quru yükdaşıyan gəmini sanksiya siyahısına salıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yayılıb.
Bildirilir ki, sanksiyalar Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərə maliyyə və maddi yardım göstərənlərə qarşı tətbiq edilib:
"Söhbət Rusiyadan on milyonlarla dollar dəyərində silah və həssas malların, eləcə də Ukrayna taxılının tədarüklərindən gedir".
Xatırladaq ki, ABŞ lideri Donald Tramp martın 15-də Yəmən ərazisinin üçdə birinə nəzarət edən husilərə qarşı hərbi əməliyyatın başlandığını elan edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...