Uşaqlar küçədə yedikləri konfetdən zəhərləndilər
Danimarkada uşaqlar küçədə tapıb yediyi konfetdən zəhərlənib.
BAKU.WS xəbər verir ki, hadisə Şimali Zelandiya əyalətində yaşanıb. Onlar tərkibində marixuana olan konfeti yeyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 6-12 yaş arası altı uşaq zibil konteynerlərinin yanından içərisində jelly bear olan idman çantası tapıblar.
Uşaqların bəziləri ordan konfet çıxarıb yeyiblər. Hadisə yerinə təcili yardım maşınları çağırılıb, bir neçə uşaq müayinə üçün xəstəxanaya aparılıb.
Polis neçə uşağın xəsarət aldığını və onların vəziyyətini açıqlamaqdan imtina edib.
Hüquq-mühafizə orqanları həyat və sağlamlığa qarşı cinayət faktı ilə bağlı araşdırma başladılar.
Oxşar xəbərlər
Tanınmış müğənni də "Survivor"a qatılacaq - Acun açıqladı
Azərbaycanda da çox sevilən "Survivor 2026" yarışması üçün geri sayım başlayıb. Proqramın aparıcısı və prodüseri Acun Ilıcalı yarışmanın məşhurlar (Ünlüler) siy...