Universitetin qadın professoru marixuana satdığı üçün həbs edilib

Universitetin qadın professoru marixuana satdığı üçün həbs edilib
Dünya 64

Rusiyanın Uzaq Şərq Federal Universitetinin (DVFU) müəllimi təxminən səkkiz qram çəkisi olan marixuana satılmasına cəhd ittihamı ilə həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Primorsk diyarının prokurorluğu məlumat yayıb.

"İstintaq orqanları qadını narkotik vasitə - kannabis (marixuana) satmağa cəhd etməkdə ittiham edir. Maddənin ümumi çəkisi 7,76 qramdır", - deyə məlumatda bildirilir.

Vladivostok məhkəməsi istintaqın vəsatətini təmin edərək professorun iki ay müddətinə həbsdə saxlanılması barədə qərar verib. Qadını 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

İstintaqın versiyasına görə, şübhəli şəxs 22 yanvar tarixində 7,76 qram marixuananı satmağa cəhd edib, lakin əməliyyat zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər