Ukraynanın keçmiş ədliyyə naziri həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu həbs edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.
Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, sonradan Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri təyin edilmiş keçmiş energetika naziri "Enerqoatom" şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur. Bildirilib ki, Qaluşenkonu 7 ildən 12 ilədək həbs cəzası gözləyir. Fevralın 15-də Ukraynanın Milli Antikorrupsiya Bürosu keçmiş nazirin Ukraynanı tərk etməyə cəhd edərkən saxlanıldığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...