Ukraynanın daha bir şəhəri uğrunda ağır döyüşlər başlayıb
Ukraynanın Donetsk vilaəyitnin Konstantinivka şəhərində vəziyyət gərginləşib.
BAKU.WS xəbər verir ki, Ukrayna tərəfinə məxsus "Deep State" analitik layihəsinin məlumatına görə, şəhərin cənub kənarında döyüşlər başlayıb və xəritədə həmin ərazi döyüş zonasına çevrilib.
Məlumata əsasən, Rusiya qüvvələri Konstantinivkanın cənub hissəsi boyunca irəliləyir. Konstantinivkanın şərq və cənub-şərq istiqamətlərində nəzarət zonası genişlənib, hazırda isə İvanopolye kəndi və Klyeban-Bık su anbarının şimal hissəsi uğrunda döyüşlər gedir.
Bütün bu hərbi gərginlik fonunda ABŞ və Çin liderləri arasında vacib diplomatik əlaqə baş tutub. Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin söhbət zamanı Pekinin Ukrayna münaqişəsi üzrə tərəflərin fikir ayrılıqlarını azaltmaq və mümkün qədər tez, ədalətli və davamlı bir sülh sazişinə nail olunmasını arzuladığını bildirib. O vurğulayıb ki, Çin bütün sülh təşəbbüslərini dəstəkləyir.
Oxşar xəbərlər
İranın qadın futbol komandası Türkiyə sərhədini keçərək vətənə qayıdıb
İranın qadınlardan ibarət milli futbol komandasının üzvləri, o cümlədən Avstraliyada sığınacaq müraciətini geri götürən bir neçə oyunçu İrana gəlir. BAKU.WS "AF...