Ukraynalı müxbirə müsahibə verən Arda Turan yenə də gündəm oldu
"Şaxtyor Donetsk" klubunun baş məşqçisi Arda Turan yeni görüntüləri ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, o baş məşqçisi olduğu klubun müxbirinə verdiyi müsahibəsi zamanı qəribə hərəkətlər edib.
Arda müsahibə müddətində müxbirlə göz təması qurmaqdan çəkinib. Onun bu çətin anlarının kadrları sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Qeyd edək ki, Arda Turan bu vəziyyətlə ilk dəfə qarşılaşmır. O bundan əvvəl də eyni müxbirlə müsahibə zamanı çətin vəziyyətə düşüb.
İstifadəçilər bunu keçmiş futbolçunun həyat yoldaşı Aslıhan Doğandan qorxması ilə əlaqələndiriblər.
Onlar görüntüyə "Aslıhan Doğanın təsirindəndir", "Həyat yoldaşından bax belə qorxacaqsan!" kimi şərhlər yazaraq reaksiya veriblər.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...