Ukraynada nadir torpaq metallarının olması sual altındadır

Ukraynada nadir torpaq metallarının olması sual altındadır
Dünya 70

Ukrayna torpaqlarında ABŞ-nin ümid etdiyi nadir torpaq metallarının mövcud olub-olmadığını heç kim bilmir.

BAKU.WS xəbər verir ki, bu barədə "El Mundo" nəşri ABŞ Dövlət Departamentinin Ukraynanın bərpası üzrə keçmiş yüksəkvəzifəli üzvü Tayson Barkerə istinadla yazıb.

"Bu gün heç kim Ukraynada kifayət qədər nadir torpaq metalları olub-olmadığını bilmir", – deyə o bildirib.

Barker qeyd edib ki, Ukraynada mövcud olan neft, qaz, litium və qrafit yataqları böyük ehtiyatlara malik deyil.

Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp köhnəlmiş məlumatlardan istifadə edir və hazırda heç bir böyük beynəlxalq şirkət Ukraynaya maraq göstərmir, çünki orada minimum kommersiya faydası belə yoxdur.

Buna qədər "Financial Times" yazmışdı ki, ABŞ və Ukrayna Vaşinqtonla Kiyev arasında resurs sazişi ilə bağlı niyyət protokolu imzalayıb. Tramp bəyan etmişdi ki, faydalı qazıntılar üzrə saziş tərəflər arasında aprelin 24-də imzalana bilər.

ABŞ Dövlət Departamenti isə bu razılaşmanın atəşkəs prosesi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17...

82 Dünya 17:47 26 yanvar 2026

Son xəbərlər