Ukraynada müdafiə nazirinin birinci müavini istefa verib
11
apr
2025
16:34
Ukrayna müdafiə nazirinin birinci müavini general-leytenant İvan Qavrilyuk öz xahişi ilə vəzifəsini tərk edib.
Bu barədə ictimaiyyətə özü məlumat verib.
Qeyd olunur ki, Qavrilyuk bu qərarı heç bir şəkildə şərh etməyib. Bildirilir ki, o, 2024-cü il mayın 17-dən bu vəzifəni icra edib. Müdafiə Nazirliyində o, müdafiə təchizatına cavabdeh olub.
İddialara görə, boş qalan vəzifəni hazırkı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nikolay Şevtsov tuta bilər.
Oxşar xəbərlər
Lamin Yamal 19 yaşını belə qeyd etdi
"Barselona" klubunun vingeri Lamin Yamalın 19 yaşını qeyd edib. BAKU.WS xəbər verir ki, idmançının yeni yaşı "Pink Party" tərzində təşkil edilib. O qonaqlığa uy...