Ukraynada "Maşa və Ayı" cizgi filminə qadağa qoyuldu
21
avq
2026
08:47
Ukrayna Prezidenti Volodimir Zelenski "Maşa və Ayı" cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.
BAKU.WS xəbər verir ki, məhdudiyyətlər "Animakkord" studiyasına, onun rəhbərlərinə və serialın əsas yaradıcı heyətinə şamil olunur.
Qərara əsasən, cizgi filminin Ukraynada yayımlanması və sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılacaq.
Bundan əlavə, Zelenskinin qərarları ilə bir sıra Rusiya və Çin şirkətləri və vətəndaşlarına qarşı da müxtəlif iqtisadi sanksiyalar tətbiq edilib.
Oxşar xəbərlər
Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ictimaiyyətə açıqlanmayan gizli telefon danışığının baş tu...