Ukrayna Prezidenti azərbaycanlını yeni vəzifəyə TƏYİN ETDİ

Ukraynada yaşayan əslən azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.
Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Qalereya
Oxşar xəbərlər
Bayhan konserti zamanı səhnədə yıxıldı - ANBAAN GÖRÜNTÜ
Məşhur müğənni Bayhanın başına iş gəlib. BAKU.WS xəbər verir ki, Bursa şəhərində konsert verən sənətçi bir anda yerə yıxılıb. Onun ayağı səhnədəki elektron ci...
