Ukrayna ordusunun Kurskda verdiyi itkilər AÇIQLANDI

Ukrayna ordusunun Kurskda verdiyi itkilər AÇIQLANDI
Dünya 221

Kursk istiqamətində döyüşlər başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itkilərinin sayı 21 mini ötüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hücum cəhdləri nəticəsində 150-dən çox hərbçisini itirib",-deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Rusiyanın "Su-34" təyyarələri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin istehkamını və şəxsi heyətini vurmaq üçün hava bombalarından istifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər