Ukrayna ABŞ-lə münasibətləri kəsməyə hazır deyil

Ukrayna ABŞ-lə münasibətləri kəsməyə hazır deyil
Dünya 11

Ukrayna hazırda ABŞ-lə əlaqələri kəsməyə hazır deyil.

BAKU.WS xəbər verir ki, bu barədə politoloq Pyotr Palişçukun fikirlərinə istinadən Polşanın Onet nəşri məlumat yayıb.

Mütəxəssis qeyd edib ki, Ukrayna sülh razılaşmasında maraqlarının nəzərə alınması üçün çalışacaq, lakin bunun baş vermə ehtimalının çox azdır.

Politoloq həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışıqlara və razılaşma əldə etməyə meyilli olduğunu vurğulayıb. Ekspertin fikrincə, mümkün sazişdə Ukraynanın maraqları nəzərə alınmaya bilər.

Bundan əlavə, Rusiya və ABŞ arasında münasibətlərin yenidən qurulduğunu və Trampla Putinin artıq demək olar ki, hər şeyi həll etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasında həllini gözləyən yeganə məsələ Ukraynadır.

Qeyd edək ki, bundan əvvəl Rusiya siyasətçisi Aleksey Puşkov Avropa İttifaqının (Aİ) addımlarının Avropa və onun sakinlərinin maraqlarına tamamilə zidd olduğunu bildirmişdi. Onun sözlərinə görə, Aİ-nin Ukrayna münaqişəsinin həllinə qarşı çıxması tamamilə irrasional yanaşmadır.

Son xəbərlər