Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanda səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
"Nazirlər Kabinetinin iclasından sonra Türkiyə - Azərbaycan - Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedən nazir Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Tbilisidəki səfirimiz Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar", - mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan - Gürcüstan - Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...