Türkiyəli sesymoloq yaşanan 6.2 bal zəlzələdən sonra heç bir zəlzələ olmayacağını açıqladı

Türkiyəli sesymoloq yaşanan 6.2 bal zəlzələdən sonra heç bir zəlzələ olmayacağını açıqladı
Foto
Dünya 39

Türkiyəli sesymoloq Övgün Ahmet Ercan, 6.2 bal gücündə yaşanan zəlzələdən sonra Mərmərədə gözlənilən digər təbii fəlakətdən danışıb. 

BAKU.WS xəbər verir ki, o bu zəlzələdən sonra dağıdıcı zəlzələ olmayacağını açıqlayıb:

"Təxminən 2000 illik Mərmərə zəlzələlərinə baxsaq ən güclüsü 553-1509-cu illərdə, 1509-1999-cu illərdə yaşanıb. Bu günə qədər Mərmərədə 16 dağıdıcı zəlzələ olub. İndi isə 17-ci dağıdıcı zəlzələ gözlənilir. Bu zəlzələnin isə 2064-cü ildə olacağı ehtimalı var.

Ən tez zəlzələ 2045-2085-ci illərdə gözlənilir. Sonuncu ən ağır zəlzələ 1999-cu ildə olduğundan bunun üzərindən 100 il keçməyi lazımdı. 

Bütün bu hesablamalara əsasən Mərmərədə bir neçə il sonra 7,5 bal gücündə zəlzələnin olması ehtimalı azdır. Ya da ki elə bir ehtimal yoxdur".

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərində 6.2 bal gücündə zəlzələ baş verib. 

Son xəbərlər