Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb
Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən ölkələrinə qayıdan suriyalıların sayı açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, indiyə kimi 81 min 576 suriyalı könüllü öz ölkəsinə qayıdıb.
Nazirin sözlərinə görə, Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmağını təmin etmək üçün bundan sonra da öhdəsinə düşəni edəcək.
Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.
Oxşar xəbərlər
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
İranın mərhum Ali rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib....