Türkiyədə yük gəmisində yanğın baş verib

Türkiyədə yük gəmisində yanğın baş verib
Dünya 30

Samsun Limanında yerləşən "Firuze G." adlı quru yük gəmisində yanğın baş verib.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Məlumata görə, yanğın gəminin maşın bölməsində başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər