Türkiyədə inflyasiya 31,75 faizə yüksəldi
Türkiyədə iyul ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb.
BAKU.WS xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, iyul ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,78 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 31,75 faiz artıb.
Rəsmi statistikaya görə, ilin əvvəlindən bəri inflyasiya 19,86 faiz, son 12 ay üzrə orta illik inflyasiya isə 31,90 faiz təşkil edib.
İllik müqayisədə qiymət artımı qida və alkoqolsuz içkilərdə 37,53 faiz, nəqliyyatda 30,83 faiz, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növlərində isə 40,32 faiz olub.
Aylıq göstəricilərə əsasən, qida və alkoqolsuz içkilərin qiyməti 1,61 faiz, nəqliyyat xidmətləri 2,59 faiz, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri isə 2,25 faiz bahalaşıb. Aylıq inflyasiyaya ən böyük töhfəni nəqliyyat sektoru verib.
Ən yüksək aylıq qiymət artımı isə təhsil sahəsində qeydə alınıb. Bu kateqoriyada qiymətlər 44,18 faiz yüksəlib. Səhiyyə sektoru da 43,89 faiz artımla ikinci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
"Barbie 2"nin çəkilişləri dayandırıldı - Ulduzlar maaşla razılaşmır
"Barbie 2" filminin istehsalı əsas yaradıcı heyətlə aparılan maliyyə danışıqlarının nəticəsiz qalması səbəbindən müvəqqəti dayandırılıb. BAKU.WS xəbər verir ki,...