Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, altı nəfər ölüb

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.
Qeyd edək ki, helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

***12:55
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.
Bildirilib ki, helikopter yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Əraziyə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Qəza nəticəsində 5 nəfər həlak olub.
Digər ekipaj üzvlərinin axtarışı davam edir.
Oxşar xəbərlər
Dünyanın ən qeyri-adi yeməkləri – dadına baxmaq üçün növbəyə duranlar
Qlobal mətbəxlər bəzən yalnız dad deyil, həm də cəsarət tələb edir. Dünyanın müxtəlif ölkələrində elə yeməklər var ki, onların görünüşü, tərkibi və hazırlanma ü...