Türkiyədə havanın temperaturu 40 dərəcəni keçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Meteorologiya Baş İdarəsi ölkə üzrə yüksək temperaturla bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, qurumun gündəlik hava proqnozuna əsasən, ölkə ərazisində yağıntı gözlənilmir. Yalnız şimal-şərq bölgələrində hava qismən buludlu, digər ərazilərdə isə əsasən açıq və az buludlu keçəcək.
Məlumata görə, ölkənin şimal hissəsində havanın temperaturu bir neçə dərəcə yüksələcək, digər bölgələrdə isə ciddi dəyişiklik gözlənilmir. Həftə ərzində bəzi ərazilərdə termometrlərin şkalasının 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır.
Meteoroloqlar həmçinin Marmara bölgəsinin cənub-qərbi və Şimali Egey sahillərində güclü külək gözlənildiyini bildirərək, mümkün mənfi hallara qarşı ehtiyatlı olmağa çağırıblar.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...