Türkiyədə 4,5 maqnitudalı zəlzələ oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4,5 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı yerin 7,44 kilometr dərinliyində yerləşib.
Təkanların Qaziantep və ətraf ərazilərdə hiss edildiyi bildirilib. Hadisə nəticəsində dağıntı və ya digər ciddi fəsad qeydə alınmayıb.
AFAD zəlzələdən sonra bölgədə vəziyyətin qiymətləndirilməsi və mümkün təsirlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların aparıldığını açıqlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...