Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
Dünya 12

Türkiyənin Bağdaddakı səfirliyi vətəndaşlarına İraqa səfərlə bağlı xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Haber Global telekanalı xəbər yayıb.

Məlumata əsasən, bölgədə təhlükəsizlik vəziyyətinin qısa müddətdə daha da gərginləşə biləcəyi nəzərə alınaraq, Türkiyə vətəndaşlarına zəruri hal olmadıqca İraqa getməmək tövsiyə edilib. Ölkədə olan şəxslərə isə izdihamlı yerlərdən və kütləvi toplaşma məkanlarından uzaq durmaq məsləhət görülüb.

Xüsusilə Bağdadda Yaşıl Zona ətrafında keçirilən etiraz aksiyalarının baş verdiyi ərazilərə, Bağdad Beynəlxalq Hava Limanı və Ərbil Beynəlxalq Hava Limanına, eləcə də həmin obyektlərin yaxınlığına getməmək tövsiyə olunub. Bundan əlavə, üçüncü ölkə vətəndaşlarının sıx toplandığı məkanlar, açıq sahələr, Mosul və ətraf yaşayış məntəqələri, Bəsrə ətrafı bölgələr, həmçinin İraqın hərbi zonaları və neft yataqları kimi strateji əhəmiyyətli infrastruktur obyektlərindən uzaq durmaq çağırışı edilib.

Diplomatik nümayəndəlik vətəndaşlara şəxsi təhlükəsizlik tədbirlərini gücləndirməyi və rəsmi qurumların məlumatlarını diqqətlə izləməyi tövsiyə edib.

Açıqlamada, həmçinin bölgədə davam edən qarşıdurmalar səbəbindən İraqın hava məkanının uçuşlar üçün müvəqqəti bağlandığı, ən azı martın 16-dək reyslərin bərpa olunmayacağı bildirilib.

Son xəbərlər