Türkiyə Nazirlər Kabineti NATO sammiti və regional məsələləri müzakirə edəcək
Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkə və region üçün aktual olan bir sıra mühüm məsələləri müzakirəyə çıxaracaq.
İclasın əsas gündəliyinə iyulun 7–8-də Ankarada keçirilən NATO sammitinin nəticələri, Yaxın Şərqdəki son vəziyyət, İran ətrafında baş verən proseslər və Ukrayna münaqişəsinin həlli istiqamətində atılan addımlar daxil edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammitinin yekunları ilə bağlı açıqlamasında Türkiyənin Ukraynada sülhün təmin olunması üçün bütün diplomatik və kommunikasiya kanallarını açıq saxladığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ankara münaqişənin ilk günündən etibarən dialoq və diplomatiyanı dəstəkləyir. Onun sözlərinə görə, Türkiyə indiyədək Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlara bir neçə dəfə ev sahibliyi edib və gələcəkdə də bu platformanı təqdim etməyə hazırdır.
Qeyd edək ki, 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç mərhələdə birbaşa danışıqlar keçirilib.
Oxşar xəbərlər
İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrahamın vəfatı ilə bağlı xəbərin İran dövlət televiziyasında sevinclə təqdim olunması diqqət çəkib. BAKU.WS xarici mediaya...