Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Rusiyanın Tuapse şəhəri pilotsuz uçuş aparatlarının hücumlarından sonra ciddi ekoloji problemlərlə üzləşib.
BAKU.WS xəbər verir ki, ilk hücum aprelin 16-da baş verib. Hadisədən sonra dənizdə təxminən 10 min kvadratmetr sahəni əhatə edən neft ləkəsi aşkarlanıb. Çirklənmənin qarşısını almaq üçün əraziyə xüsusi qoruyucu baryerlər yerləşdirilib.
Aprelin 20-də isə şəhər yenidən hücuma məruz qalıb. Bu dəfə dəniz limanında güclü yanğın başlayıb və bir neçə gündür davam edir. Yanğının söndürülməsinə yüzlərlə xilasedici və onlarla texnika cəlb olunub.
Bildirilib ki, son günlər şəhərdə "qara yağış" da müşahidə edilib. Yağış nəticəsində ətraf mühit neft məhsullarının tüstüsü ilə çirklənib. Xüsusilə quşlar və sahibsiz heyvanların mazuta bulaşdığı bildirilir və sakinlər onları xilas etməyə çağırılır.
Bundan əlavə, bəzi ərazilərdə havada benzol, ksilol və qurumun səviyyəsinin normadan 2-3 dəfə yüksək olduğu qeydə alınıb. Yerli sakinlərə zəruri olmadıqca evdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Qalereya
Oxşar xəbərlər
Danimarka tarixində ən isti gün qeydə alınıb
Danimarkada iyunun 27-də son 150 ilin ən yüksək temperaturu - 37°C qeydə alınıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat ya...