Trampın təyyarəsində nasazlıq olub

Trampın təyyarəsində nasazlıq olub
Dünya 31

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumuna getmək üçün mindiyi "Air Force One" təyyarəsində uçuş zamanı texniki problem yaşanıb. Hadisə səbəbindən təyyarə təhlükəsizlik tədbiri olaraq ABŞ-yə geri dönüb.

BAKU.WS xəbər verir ki, uçuşdan bir saat keçməmiş təyyarədə kiçik elektrik nasazlığı qeydə alınıb. Bu zaman sərnişin kabinəsində işıqların qısa müddətə sönməsi panikaya səbəb olub. Ağ Ev rəsmiləri problemin ciddi olmadığını və qabaqlayıcı tədbir kimi geri dönmək qərarının verildiyini açıqlayıblar.

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, təyyarə Merilend ştatındakı "Joint Base Andrews" aviabazasına enib. Prezident Trampın Davosa başqa bir təyyarə ilə yola davam edəcəyi qeyd olunub.

Hadisə səbəbindən Trampın Dünya İqtisadi Forumunda planlaşdırılan çıxışının gecikə biləcəyi də istisna edilmir. Qeyd edək ki, Tramp uçuşdan əvvəl jurnalistlərə açıqlamasında bu səfərin "maraqlı olacağını" və nə baş verəcəyini bilmədiyini demişdi.

Son xəbərlər