Trampın Qəzza açıqlaması müzakirə yaratdı: HƏMAS və "İslami Cihad"dan təkzib

Trampın Qəzza açıqlaması müzakirə yaratdı: HƏMAS və İslami Cihaddan təkzib
Dünya 25

ABŞ Prezidenti Donald Tramp Qəzzada HƏMAS və digər silahlı qrupların silahsızlanması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. O bildirib ki, prosesdə vasitəçilik edən Türkiyə, Qətər və Misirə təşəkkür edir.

BAKU.WS xəbər verir ki, Trampın sözlərinə görə, silahsızlanma mərhələli şəkildə həyata keçirildikcə İsrail ordusu Qəzzadan geri çəkiləcək və bölgədə yeni Fələstin hökuməti fəaliyyət göstərəcək.

Lakin HƏMAS bu açıqlamanı təsdiqləməyib. Hərəkatın nümayəndəsi Qazi Həmad bildirib ki, İsrail razılaşma üzrə öhdəliklərini tam yerinə yetirməyənə qədər silahların təhvil verilməsi ilə bağlı heç bir addım atılmayacaq.

Fələstinin "İslami Cihad" hərəkatı da tərəflər arasında razılıq əldə olunduğuna dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib. Hərəkat hazırkı formada təqdim olunan razılaşmaya etiraz etdiyini açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər