Trampın nüvə silahları ilə bağlı gizli planları üzə çıxıb
ABŞ Prezidenti Donald Tramp nüvə silahları ilə bağlı mövcud məhdudiyyətləri qorumaq və bu istiqamətdə aparılan danışıqlara Çini də daxil etmək niyyətindədir.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri Tramp administrasiyasından olan məmura istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tramp dəfələrlə nüvə silahlarının bütün dünya üçün yaratdığı təhlükəyə qarşı mübarizənin vacibliyini vurğulayıb və silahlara nəzarət üzrə danışıqlarda Çinin iştirakını arzuladığını qeyd edib.
Nəşrin yazdığına görə, ABŞ lideri son anda Rusiya və ABŞ arasında bağlanmış Strateji Hücum Silahlarının Azaldılması üzrə Müqavilənin (DSNV, SNV-III) şərtlərinə əməl etməyə razılaşa bilər. Həmin müqavilənin müddəti 5 fevral tarixində başa çatır.
Qeyd edək ki, sentyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin DSNV üzrə məhdudiyyətlərə müqavilənin müddəti bitdikdən sonra bir il ərzində könüllü şəkildə riayət etməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, bu addım yalnız ABŞ-nin da analoji mövqe sərgiləyəcəyi təqdirdə real və effektiv ola bilər.
Oxşar xəbərlər
Macarıstan Rusiya ilə bağlı Avropa Məhkəməsinə müraciət edib
Macarıstan Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiyanın enerji resurslarının idxalını qadağan edən "REPowerEU" reqlamentinə etiraz etmək və onu ləğv etmək məqsədil...