Trampın komandasında daha bir əsas fiqur Ağ Evdən gedəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın administrasiyasında qanunvericilik məsələləri üzrə direktor vəzifəsini tutan Ceyms Breyd Ağ Evi tərk edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin yazdığına görə, Breyd prezident Donald Trampın proqramının Konqresdə irəliləməsinə cavabdeh olub. Lakin Konqresdə səs üstünlüyünün cüzi olması və Trampın həm Nümayəndələr Palatasında, həm də Senatda öz partiyasının üzvləri ilə dəfələrlə fikir ayrılığı yaşaması onun işini getdikcə çətinləşdirib.
Qeyd olunur ki, Breydin istefası Ağ Ev üçün gərgin dövrə təsadüf edir. Belə ki, Trampın fəaliyyəti ilə bağlı ictimai dəstək göstəriciləri rekord dərəcədə aşağı səviyyəyə düşüb, Respublikaçılar Partiyası isə qarşıdan gələn aralıq seçkilərdə ciddi mübarizəyə hazırlaşır.
Xatırladaq ki, daha əvvəl Tramp administrasiyasını milli təhlükəsizlik üzrə müşavirin müavini Endi Beykerin də tərk edəcəyi bildirilmişdi. O, Tramp komandasının xarici siyasətlə bağlı ən nüfuzlu fiqurlarından biri hesab olunurdu.
Oxşar xəbərlər
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşd...